Deputat parlamentdə kibercinayətkarlıqla mübarizəyə dair çağırış edib

Deputat parlamentdə kibercinayətkarlıqla mübarizəyə dair çağırış edib
SİYASƏT
22:47 24.04.2024
374
Kibertəhlükəsizlik milli yox, qlobal problemdir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, insanlar bank adı ilə gələn zənglərin həqiqətən bankdan, yoxsa başqa bir şəxs tərəfindən hansı məqsədlə gəldiyini aydınlaşdıra bilmirlər: "Əksər hallarda isə bu kimi zənglərə inanaraq şəxsi məlumatları qarşı tərəfə ötürürlər ki, bu da bütün kart balanslarının oğurlanmasına gətirib çıxarır. Kibercinayətkarlar kart istifadəçilərini əvvəlcə qorxudaraq, ardından köməklərini təklif edirlər. Bəzi şəxslər də təbii ki dərhal buna inanaraq qarşı tərəfin bütün suallarını cavablandırırtirir və daha bir kiibercinayət hadisəsi baş verir. Azərbaycanın müvafiq qurumları kibercinayətkarlığa, bu işlə mütəşəkkil məşğul olan dəstələrə qarşı müntəzəm əməliyyatlar həyata keçirsələr də, bu istiqamətdə məlumat yetərsizliyinin olması ən böyük çatışmazlıqlardan biridir. Kibertəhlükəsizlik milli yox, qlobal problemdir. Lakin nəzərdə tutulan yaş qrupları üçün məlumatlandırma sessiyaları ilə, sosial çarxlarla bu sahədə savadlılıq və sosial immunitet artırıla bilər. Çünki artıq 50 insandan ən azı biri artıq bu kimi hallarla qarşılaşıb. Ya özünün, ya da tanıdığı kimsənin başına gəldiyindən çevrəsindəki digər şəxsləri bu sahədə məlumatlandırır və mümkün kibercinayətin qarşısını almağa müvəffəq olur. Hətta bankların özünün belə bu istiqamətdə məlumatlandırıcı fəaliyyətləri olmalı, ən azından müştərilərinin telefon nömrələrinə ismarıclar göndərərək mümkün zənglərə qarşı xəbərdarlıq etməlidirlər. Həmin bankın müştərisi bilməlidir ki, bank ondan zəng edərək 4 rəqəmli kod və ya hər hansı digər məlumat tələb etmir, əgər soruşulursa, deməli artıq o kibercinayətkarla qarşı-qarşıyadır. Müvafiq qurumları, bank sektorunu, kütləvi informasiya vasitələrini, televiziya kanallarını vətəndaşlarımız üçün aydınladıcı-məlumatlandırıcı çarxlar paylaşmağa, infosessiyalara, bu istiqamətdə xəbərdaredici fəaliyyət görməyə çağırıram”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA