Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Mərkəzi Gömrük Hospitalının "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudova ağır itki üz verib.
AZXEBER.COM xəbər verir ki, deputatın anası Şərqiyə Mahmudova dünyasını dəyişib.
Bu haqda millət vəkili Qənirə Paşayeva məlumat verib:
"Hörmətli deputat həmkarım, dostum və qardaşım, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun anası Şərqiyə Mahmudova vəfat edib.
Əziz qardaşımıza dərin hüzünlü baş sağlığı verir, kədərini bölüşürəm. Allah rəhmət eləsin”.