"Əlbəttə ki, Rusiyada Azərbaycanlılara qarşı törədən zorakılıqlar və cinayətlər səbəbsiz deyil. Rusiya bütün hüquqları, hətta Rusiya Federasiyasının özünün belə qanunlarını gözardı edərək, öz vətəndaşı olan, etnik mənsubiyyətçı azərbaycanlı insanlara qarşı cinayət törədir. Bu, qətiyyən yolverilməzdir.".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Rusiyada azərbaycanlılara qarşı törədilən cinayət və zorakılıq faktlarını şərh edərkən deyib.
Deputat bildirib ki, Rusiyanın bu addımı regionda sülhə mane olmaq niyyəti daşıyır:
"Bunun səbəbinə gəlincə isə əslində bu haqda Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinin birinci müavini Zatulin açıq şəkildə fikir bildirmişdi. Onlar Azərbaycanın Kollektiv Təhlükəslik Müqaviləsinə, Avrasiya İqtisadi Birliyinə cəlb olunsun, Azərbaycan üzərində yeni təzyiq və idarəetmə mexanizmi əldə etsinlər. Eyni zamanda bu addımlar regionda sülhə mane olmaq niyyəti daşıyır".
Hikmət Babaoğlu həmçinin bildirib ki, Rusiya hesab edir ki, Qafqazda onun iradəsindən kənar sülh ola bilməz:
"Rusiya hesab edir ki, Qafqazda onun iradəsindən kənar sülh ola bilməz və mümkün sülh elə olmalıdır ki, orada Rusiyanın imperialist maraqları təmin olunmuş olsun. Məsələ bu qədər sadədir. Amma mənə elə gəlir ki, dövr dəyişib, biz yeni tarixi mərhələyə qədəm qoymuşuq. Rusiya da bunu əslində qəbul edib. 2022-ci ildə imzalanan Müttəfiqlik müqaviləsininbirgə fəaliyyətinin iki mühüm bəndi var. Orada qeyd olunur ki, tərəflər bir-birlərinin daxil işlərinə qarışmırlar və bərabərhüquqlu tərəfdaşdırlar. Görünür ki, Rusiya bu bəyannamələri imzalamaqdan peşman olub. İmperialist maraqlar soyuqqanlı siyasətə üstün gəlib. Buna görə də imperiya təzyiqini yenidən Azərbaycan üzərində formalaşdırmağa çalışır. Amma artıq gecdir".
Günel Hüseynli
Günel Hüseynli