VI çağırış Milli Məclisin deputatı Sahib Alıyev növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 93 saylı Ağdaş seçki dairəsindən namizədliyini irəli sürəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə deputat Modern.az-ın sorğusuna cavab olaraq məlumat verib.
"Artıq imzatoplama kampaniyasına başlamışıq", - o deyib.
Əməkdar jurnalist Sahib Alıyev IV, V və VI çağırış Milli Məclisdə Tərtər rayonundan deputat olub.