Gənc deputat şəhid valideynlərə səsləndi: “Mən də sizin övladınızam”

Gənc deputat şəhid valideynlərə səsləndi: “Mən də sizin övladınızam”
SOSİAL
14:18 13.07.2020
1181

"İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar, mövqelərimizi atəşə tutublar. Azərbaycan Ordusunun hərbi qulluqçuları - baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr diləyirəm”. 

AZXEBER.COM-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.

Deputat söyləyib ki, o özü də şəhid olan valideynlərin bir övladıdır və həmişə onların qulluğunda hazırdır. Millət vəkili deyib ki, gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib, şəhidlərimizin qisası alınıb:

"Lakin düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir. Hazırda Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb. Hesab edirəm ki, Ermənistan rəhbərliyi bu təxribatı törtəməklə hazırda COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi böhrandan diqqəti yayındırmaq istəyir. Dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan isə bu cür təxribatlara əl atır. Məqsədləri aydındır. Lakin beynəlxal ictimaiyyət bilməlidir ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur”, - deyə, K.Cəfərov əlavə edib. 

Xatırladaq ki, Ermənistanın Tovuz istiqamətindəki təxribatları zamanı Azərbaycan Ordusunun dörd hərbçisi şəhid olub.


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
22:08 09.03.2026
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
21:52 09.03.2026
Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
21:46 09.03.2026
Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
21:25 09.03.2026
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub - VİDEO
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
21:17 09.03.2026
İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
İyirminci günün duası - İmsak və iftar vaxtı
21:14 09.03.2026
İyirminci günün duası - İmsak və iftar vaxtı
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
20:52 09.03.2026
İsrailin zərbələri Livanda 486 nəfəri öldürüb
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
20:40 09.03.2026
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
20:27 09.03.2026
Zülfiyyə Xanbabayeva Mehinə icazə vermədi - VİDEO
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
20:21 09.03.2026
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
20:19 09.03.2026
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
20:05 09.03.2026
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
20:03 09.03.2026
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
19:49 09.03.2026
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə raket hücumunu qınayıb
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
19:46 09.03.2026
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub
19:45 09.03.2026
İrandan fevralın 28-dən indiyədək Azərbaycana 2 057 nəfər təxliyə olunub