Deputat: Səhiyyə naziri çox yumşaq adamdır, həkimlər regionlara getmirlər

Deputat: Səhiyyə naziri çox yumşaq adamdır, həkimlər regionlara getmirlər
SOSİAL
11:00 27.02.2026
507
Səhiyyə naziri çox yumşaq adamdır, həkimlər regionlara getmirlər.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.

"Səhiyyə naziri Teymur Musayev çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər, ya da əslində göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir. Keçmişdə "balaca padşahlar” ifadəsi var idi, indi "cıqqılı padşahlar” ifadəsi meydana gəlib. Məsələn, xəstədir, təcili yardım maşınının hünəri çatmır ki, Bakıya gəlsin. Sən demə, təcili yardımla bağlı bir idarə var, bunun başçısı icazə verməsə, təcili yardım gələ bilməz. Sən kimsən? Niyə sən məxsusi olaraq icazə verməlisən? Bu cıqqılı padşahın ucbatından az qalırdı adam orada ölsün. Bu, nə özbaşınalıqdır, nə yiyəsizlikdir?", – deyə deputat bildirib.
 
apa
OXŞAR XƏBƏRLƏR