Deputat “Şöhrət” ordeni ilə təltif olundu

Deputat “Şöhrət” ordeni ilə təltif olundu
SİYASƏT
18:18 20.09.2019
9571

İlham Əliyev Nizami Cəfərovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Nizami Cəfərov 1959-cu il, sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

 

1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub. 1987-ci ildən "Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir.

Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı” bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak edib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.

1995-1996-cı illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komisiyasının (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, 1997- ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olub. Elə bu il Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı” bölməsinin sədri təyin edilib.

1998-ci ildə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının sədri seçilib.

Nizami Cəfərov 1999-cu ildə Filologiya fakültəsində "Dədə Qorqud” elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunub.

2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilib.

2004-cü ildə Azərbaycan "Bilik” Maarifçilik Cəmiyyətinin qərarı ilə "Yusif Məmmədəliyev adına medal”la təltif edilib.

Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il) və IV çağırış (2010-cu il) və V çağırış (2015-ci il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədridir.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır