Deputat siqaret çəkən qadınlardan danışdı: Çoxalıblar

Deputat siqaret çəkən qadınlardan danışdı: Çoxalıblar
SOSİAL
15:13 14.04.2017
857
"Son dövrlərdə Azərbaycanda qadınların siqaretə marağı artıb”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən plenar iclasında yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

H.Rəcəbli bildirib ki, bu göstərici hətta bir faizə çatıb: "Aparılan sorğular nəticəsində müəyyən olunub ki, kişilərin 67.5 faizi, qadınların isə 52.3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkirlər. Bu narahatçılıq əsasən ictimai yerlərdə baş verir”.

Deputat Tahir Kərimli deyib ki, tütün məmulatları ilə bağlı problemlər bəşəri problemlərdir. T.Kərimli qeyd edib ki, bu qanunun icrasının həyata keçirilmə forması da açıqlanmalıdır: "18 yaşına çatmayanların tütündən istifadə edilməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsini tətbiq edilməlidir. Bu ondan ibarətdir ki, tütün məlumatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov T.Kərimliyə cavab olaraq deyib ki, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR