Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir

Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
SİYASƏT
17:50 14.07.2026
808
"Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni mərhələdən xəbər verir”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, səfəri xüsusi edən əsas amillərdən biri Prezident Peter Pelleqrininin məhz Qarabağa səfər etməsidir:

"Səfəri xüsusi edən əsas amillərdən biri Prezident Peter Pelleqrininin məhz Qarabağa səfər etməsidir. Həmçinin onu da nəzərə almalıyıq ki, Slovakiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən ən iri beynəlxalq layihələrdən biri olan "ağıllı kənd” layihəsini icra edir. Bu da, şübhəsiz ki, Azərbaycanın xüsusi önəm verdiyi məsələlərdən biridir.
Azərbaycan Qarabağa investisiya qoyan tərəfdaşları yüksək qiymətləndirir. Bu baxımdan, Slovakiyanın milli qəhrəmanı Milan Rastislav Ştefanikin adını daşıyan yeni məktəbin təməlinin qoyulması da bir neçə mühüm məna daşıyır. Bu, həm ideoloji baxımdan, həm cəmiyyətlər arasında münasibətlərin dərinləşdirilməsi, həm də dövlətlərarası əlaqələrin daha yüksək səviyyəyə qaldırılması baxımından olduqca mühüm əhəmiyyət daşıyır”

Deputat qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir:

"2025-ci ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyev Slovakiyaya səfəri zamanı münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulamış, həmçinin bildirmişdi ki, "ağıllı kənd” layihəsi dostluğumuzun rəmzidir. Azərbaycan Prezidentinin Bratislavaya səfəri çərçivəsində razılaşdırılan məsələlərin praktik müstəvidə həyata keçirilməsi baxımından Peter Pelleqrininin Azərbaycana, o cümlədən Qarabağa səfəri mühüm əhəmiyyətə malikdir. Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir. Bu istiqamətdə cənab Prezident İlham Əliyevin 2025-ci ilin dekabr ayında Slovakiyaya səfəri zamanı Prezident Peter Pelleqrini Azərbaycanla münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirmiş, Azərbaycanın strateji əhəmiyyətini xüsusi vurğulamışdı”.

Parlamentari vurğulayıb ki, hazırda Slovakiya ilə Azərbaycan arasında iqtisadi layihələrin genişləndirilməsi istiqamətində iş aparılır:

"Hazırda Slovakiya ilə Azərbaycan arasında iqtisadi layihələrin genişləndirilməsi istiqamətində iş aparılır. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Slovakiyanın Ticarət və Sənaye Palatası arasında memorandum da daxil olmaqla, bir sıra sənədlər imzalanıb və həmin sənədlərin icrası istiqamətində işlər davam etdirilir.

Səfəri xüsusi edən amillərdən biri də Peter Pelleqrininin Azərbaycana geniş nümayəndə heyəti ilə gəlməsidir. İqtisadiyyat naziri və daxili işlər nazirinin səfərdə iştirak etməsi onu göstərir ki, bu, olduqca hərtərəfli xarakter daşıyan bir səfərdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində də əməkdaşlıqlarını dərinləşdirirlər”.

A.Badamov bildirib ki, enerji əməkdaşlığı ikitərəfli münasibətlərimizin əsas istiqamətlərindən biridir:

"Enerji əməkdaşlığı ikitərəfli münasibətlərimizin əsas istiqamətlərindən biridir. Çünki bu istiqamətdə Mərkəzi Avropaya Azərbaycan qazının tədarükünün artırılması nəzərdə tutulur. Slovakiya da Həmrəylik Halqası layihəsini dəstəkləyən və müvafiq memoranduma qoşulan ölkələrdən biridir. Səfərin həm rəmzi, həm də siyasi əhəmiyyəti olduqca böyükdür. Cəmiyyətlərin daha da yaxınlaşmasına təkan verəcək məsələlərdən biri də yaxın zamanda Bratislava-Bakı–Bratislava aviareysinin fəaliyyətə başlamasının planlaşdırılmasıdır. Peter Pelleqrininin Azərbaycana səfəri göstərir ki, iki ölkə arasında razılaşdırılmış məsələlər artıq praktik müstəvidə həyata keçirilməyə başlanılıb”.

O qeyd edib ki, iki ölkə arasında 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə artıq praktik müstəvidə özünü doğrultmağa başlayıb:

"İki ölkə arasında 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə artıq praktik müstəvidə özünü doğrultmağa başlayıb.
Slovakiyanın maşınqayırma sənayesi yüksək inkişaf səviyyəsinə malikdir. İqtisadi sahədə əməkdaşlığımızın göstəriciləri hələlik çox böyük olmasa da, Slovakiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində aparılmış müzakirələrin əməli nəticələri olacaqdır. Bu nəticələr iqtisadi sahədə daha böyük hədəflərə nail olmağımıza imkan verəcək. Yəni, burada söhbət təkcə Azərbaycandan neft və qazın Slovakiyaya ixracından getmir. Eyni zamanda, qeyri-neft sektorunda istehsal etdiyimiz məhsulların da Slovakiya bazarında yer tutmasına və yeni ixrac imkanlarının formalaşmasına bu əməkdaşlıq öz töhfəsini verəcəkdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dənizə getmək istəyənlərin nəzərinə!
10:08 12.09.2026
Dənizə getmək istəyənlərin nəzərinə!
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
10:06 12.09.2026
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama