“Bu məsələyə təkcə Azərbaycanda yox, digər dünya dövlətlərində də baxış birmənalı deyil”
Bu sözləri AXEBER.COM-a açıqlamasında millət vəkili Zahid Oruc söyləyib. Millət vəkili sosial şəbəkələrə nəzarətin mümkünsüz olduğunu bildirib:
“Bu, çox çətin məsələdir. Həqiqətən də, artıq hamı bunu sosial media adlandırır, ancaq ora hər hansı qanunvericilik prinsipi tətbiq olunmur. Faktiki olaraq bu, bir çirkan okeanına çevrilib. İstər sıravi vətəndaş, istərsə dövlət məmuru, siyasi şəxs belə bir sual qarşısında qalır ki, onun şərəf və ləyaqətinin qorunması hara qədərdi, harada bu prinsip pozulur, onu qorumaq mümkün olmur və dövlət də buna zəmanət vermir? Doğduranmı bu elə sosial şəbəkələrdi? Bu məsələyə təkcə Azərbaycanda yox, digər dünya dövlətlərində də baxış birmənalı deyil. Bir çoxları düşünür ki, bu sistemlərdə hər hansı məhdudiyyət qoyulmamalıdı və kim nə istəyirsə, onu onlarla, yüzlərlə saxta profillərlə həyata keçirməlidi. Başqa dairələr isə, müəyyən hüquqi tənzimləmə tədbirlərinin həyata keçirilməsini istəyirlər. Bu halda sosial məkanda normal ədəb-ərkan yaranacağını hesab edirlər. Onlarla razıyam. Belə olsa, normal, təhqirlərdən, şərəf və ləyaqəti alçaldan hallardan uzaq, siyasi-ictimai polemikaların sağlam aparıldığı bir mühit yaranardı.
Ancaq bu istək nə qədər təbii olsa da, onun reallaşması bir o qədər qeyri-mümkündür. Bu, nüvə silahını əllə götürüb cilalamağa bənzəyir. Düşünmürəm ki, Azərbaycanda bu yöndə qanunvericilikdə dəyişikliklər olacaq”.
Ceyhun