Deputat: “Sülh müqaviləsinin reallaşmasına mane olan amillər qalmaqdadır”

Deputat: “Sülh müqaviləsinin reallaşmasına mane olan amillər qalmaqdadır”
Siyasət
15:38 09.07.2025
689
Bu gün AzTV-də yayımlanan "Hədəf" verilişinin qonağı olan Milli Məclisin deputatı Elçin Mirzəbəyli Əbu-Dabidə keçiriləcək görüşlərə münasibət bildirib.
 
AZXEBER.COM xəbər verir ki, onun sözlərinə görə, qəbul olunan və ya olunmayan qərarlarla bağlı yalnız nəticələrdən sonra fikir bildirmək mümkündür. Lakin ümumilikdə ikitərəfli təmasların Azərbaycanın irəli sürdüyü əsas platforma kimi önə çıxarılması və bu prosesə üçüncü ölkələrin müdaxiləsinin qarşısının alınması, Azərbaycanın bu danışıqlarda avanqard rolda olduğunu bir daha təsdiqləyir.

Deputat bildirib ki, sülh müqaviləsinin əsas bəndləri prinsip etibarilə razılaşdırılıb. Lakin sənədin reallaşmasına maneə yaradan amillər mövcuddur. Bu amillərdən biri də Ermənistan Konstitusiyasında yer alan və müstəqillik bəyannaməsinə istinad edən müddəalardır. Həmin müddəalarda Azərbaycanın ərazilərinə dolayısıyla ərazi iddiaları əks olunub.

"Əgər Ermənistan Konstitusiyasının preambulasında yer alan Müstəqillik Bəyannaməsinə istinad çıxarılarsa, bu, ərazi iddialarından geri çəkilmə kimi dəyərləndirilə bilər”, – deyə Elçin Mirzəbəyli vurğulayıb.

Deputat həmçinin Ermənistanın həm bəyannamədə, həm də Konstitusiyada Türkiyəyə qarşı da ərazi iddialarını saxladığını qeyd edib. Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsinin 2-ci bəndində Türkiyənin əraziləri "Qərbi Ermənistan” kimi göstərilir, Ermənistanın gerbində isə Ağrı dağı "Ararat dağı” kimi təqdim olunur ki, bu da ərazi iddialarının davamı kimi qiymətləndirilə bilər.

Elçin Mirzəbəyli əlavə edib ki, Ermənistan rəhbərliyi sülh sazişi ilə paralel addımlar atacağını bəyan edibsə, bu zaman ATƏT-in Minsk qrupunun fəaliyyətinə də ehtiyac qalmır: "Çünki artıq münaqişə və müharibə yoxdur. Sülh şəraiti mövcuddur. Belə olduğu təqdirdə Minsk qrupunun fəaliyyət göstərməsi üçün əsas yoxdur. Ermənistan bununla mövcud reallıqları düzgün dəyərləndirdiyini göstərə bilər”.

Deputat qeyd edib ki, Ermənistan daxilində baş verən proseslər, baş nazir Nikol Paşinyan və komandasında təmsil olunan şəxslərin verdiyi müsbət mesajlar da nəzərə alınmalıdır. Xüsusilə, revanşizmə qarşı sərt mövqenin nümayiş olunması, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir göstərən erməni kilsəsinin bu proseslərdən təcrid edilməsi istiqamətində atılan addımlar müsbət hal kimi dəyərləndirilə bilər.

Lakin Elçin Mirzəbəyli yekun sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı ilə bağlı konkret fikir söyləməyin hələlik çətin olduğunu bildirib.
 
Oksana Orucova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO