Deputat Tahir Kərimli Parlament seçkilərində iştirak etməyəcək
Seçki2024
17:07 19.07.2024
220
"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm".
AZXEBER.COM xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
"Yorulmuşam, bir qədər istirahət etmək istəyirəm", - T.Kərimli qeyd edib.
Qeyd edək ki, Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyası seçkilərdə iştirak edəcək.