Deputat TƏBİB-dən narazılıq etdi

Deputat TƏBİB-dən narazılıq etdi
SOSİAL
12:11 09.09.2020
1896
Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev Tibbi Ərazi Bölmələri İdarətmə Birliyindən (TƏBİB) narazılıq edib. 

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, A.Nağıyev TƏBİB yarandıqdan sonra Azərbaycanda diz implantı sahəsində problemlər yarandığını deyib.

"TƏBİB yaranana qədər hər il 600 insan pulsuz diz implantı ilə təmin edilirdi. TƏBİB yarandıqdan sonra isə belə əməliyyatlar aparılmayıb”, - deyə A.Nağıyev əlavə edib. 

O təklif edib ki, TƏBİB rəhbərliyi parlamentə dəvət olunmalı və müzakirələr keçirilməlidir.
OXŞAR XƏBƏRLƏR