Milli Məclisin deputatı Razi Nurullayev son günlər paytaxt yollarında müşahidə edilən və narazılıqlara səbəb olan tıxaclar haqqında yazıb.
AZXEBER.COM xəbər verir ki, deputat sosial şəbəkə hesabındakı paylaşımında yol infrastruktunun təkmilləşdirilməsi üçün görülən işləri təqdir etdiyini, amma bu işlərin ləng həyata keçirildiyini dilə gətirib:
Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma bir türlü başa çatdırılmır. Bir km yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?
Nəqliyyat və yol ilə bağlı işlər görülür, məncə işlərin daha da sürətlənməsinə və 24 saatlıq iş rejiminə keçməsi lazımdır ki, layihələr daha tez bitsin.
Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq".