Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyevin AZXEBER.COM-un "Vətəndaş soruşur ki..." rubrikasının qonağı olub.
Deputat sosial şəbəkədə ona gələn bütün suallara cavab verib.
Naqif Həmzəyev son zamanların ən çox müzakirə olunan uşaq pulu məsələsinə də toxunub. Ona ünvanlanan "Uşaq pulları nə zaman bərpa olunacaq?" sualına belə cavab verib:
"Uşaq pulu məsələsi bu günün ən çox müzakirə olunan məsələlərindən biridir. Bildiyiniz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev də bu suala cavab verdi və hesab edirəm ki, o sualın cavabı hamını qane etməli idi. Ümumiyyətlə isə mən belə düşünürəm ki, dövlət tərəfindən sosial yönümlü layihələr həyata keçirilir. Xüsusi kateqoriyadan olan uşaqlara müavinətlər verilir. Bu kateqoriyaya çox uşaqlı ailələr və hər iki valideynini itirmiş uşaqlara aiddir. Ancaq mən düşünürəm ki, gələcəkdə bütün uşaqlara olmasa da 5 və ya 10 yaşına kimi bütün uşaqlara müavinətlərin verilməsi bərpa oluna bilər.