Deputatdan ilginc təklif: ‘Kazinolar yaradılsın!’

Deputatdan ilginc təklif: ‘Kazinolar yaradılsın!’
SİYASƏT
17:24 04.03.2016
1364
Azərbaycanın turizm regionlarında xarici ölkələrdən turistlər cəlb etmək üçün kazinoların yaradılması təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.
Deputat qeyd edib ki, bir sıra ölkələr bu təcrübədən istifadə edir və kazinolar vasitəsilə turistlər ölkəyə cəlb edilir.
Q.Həsənquliyev deyib: “Azərbaycana həm turistlərin gəlməsi, həm də xarici valyutanın cəlb edilməsi üçün turizm regionlarında kazinolar yaradıla bilər”.
OXŞAR XƏBƏRLƏR