Deputatdan Kəramətin fikirlərini paylaşmasına reaksiya: “Telefon hər zaman insanın özündə olmur”

Deputatdan Kəramətin fikirlərini paylaşmasına reaksiya: “Telefon hər zaman insanın özündə olmur”
SİYASƏT
12:54 29.10.2025
778
Milli Məclisin YAP-çı üzvü, deputat Aydın Hüseynovun sosial şəbəkədə etdiyi paylaşım müzakirələrə səbəb olub. O, yazıçı Kəramət Böyükçölün parlamenti tənqid edən fikirlərini bəyənərək paylaşıb ki, bu da ictimaiyyətdə fərqli reaksiyalar doğurub. 

Deputar Aydın Hüseynov AZXEBER.COM-a bildirib ki, belə bir paylaşım etməyib:

"Mən bunu nə paylaşmışam, nə də bəyənmişəm. Sadəcə kimlərsə kimisə hədəfə almaq və gündəm yaratmaq üçün belə məsələlərə əl atırlar. Mənim telefonumda elə bir status paylaşımı yoxdur. Telefon hər zaman insanın özündə olmur. Telefon maşında və ya başqa yerdə qala bilər.” 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR