Deputatdan Rafaellə Coşquna sərt sözlər: ‘Onlar təkcə qadın paltarı geyinmirlər, hətta o həyat tərzini yaşayırlar’

Deputatdan Rafaellə Coşquna sərt sözlər: ‘Onlar təkcə qadın paltarı geyinmirlər, hətta o həyat tərzini yaşayırlar’
13:12 04.03.2013
5167

“Yalandan həccə gedib, gəlib burada əxlaqsızlıq etmək istəyənlərə yol verməyəcəyik”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Fazil Mustafa “Bu Şəhərdə”nin yeni “Ər işdə” adlı konsertində ona qarşı səslənən fikirlərə münasibət bildirərkən söyləyib. Millət vəkili Rafael və Coşqunun yeni konsertlərində ona qarşı səsləndirdikləri fikirlərin onların həyat tərzindən irəli gəldiyini bildirib:

“Bir var əsl sənətkar, bir də var belə aktyorlar. Bu cür aktyorları saxlayan da Azərbaycan tamaşaçısıdır. Əgər bu gün bu aktyorlar səhnədən hansısa deputata söz ata bilirlərsə, bu o deməkdirki Azərbaycan tamaşaçısının səviyyəsi xeyli aşağı düşüb. Və bu formada da Azərbaycan səhnəsi bayağı, mənasız, bəsit bir tamaşalara şahid olur.

Onu da deyim ki, onlar geyindikləri və söylədikləri kimi həyat tərzi yaşayırlar. Bunu Azərbaycan cəmiyyətinə reklam kimi sırımalarına imkan vermiyəcəyik. Yalandan həccə gedib və gəlib burada əxlaqsızlıq etmək istəyənlərə yol verməyəcəyik. Cəmiyyətin ziyalı insanları və xüsusən də öz övladının tərbiyəsinin bu cür şeylərlə pozulmasına icazə vermiyən insanlar qadın paltarı geyinərək bayağı gülüş yaradan bu insanlara imkan verməyəcək. Həqiqətəndə bunlar təkcə qadın paltarı geyinmirlər, hətta o həyat tərzini yaşayırlar”.

Qeyd edək ki, "qafqazinfo.az"da yayımlanan xəbərə görə, “Bu Şəhərdə”nin yeni “Ər işdə” adlı konsertində deputatın ünvanına bir sıra fikirlər səsləndirilib. 

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR