Deputatdan şok açıqlama: Bayrağımızın şəhid məzarları üstünə asılmasını dərk etmirəm

Deputatdan şok açıqlama: Bayrağımızın şəhid məzarları üstünə asılmasını dərk etmirəm
Siyasət
15:37 24.10.2016
9493

Milli Məclisin deputatı Aqil Abbas şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının asılması təklifini irəli sürüb.

Ümumiyyətlə, üçrəngli bayrağımızın şəhid məzarları üzərində dalğalanması hüquqi qaydalara uyğundurmu?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə açıqlamasında  deyib ki, bu məsələ rəsmiləşdirilə  bilər.
 
"Təklifi irəli sürən həmkarımız Aqil müəllim vətənpərvər insandır. Ola bilər ki, bu məsələyə onun baxışları fərqlidir. Əgər bu təklif parlamentdə səs çoxluğu ilə qəbul olunacaqsa, təbii ki, bunu rəsmiləşdirə bilərik".
 
Hüquqşünasın sözlərinə görə bu təklif heç də anlaşılan deyil.
"Şəhidlik zirvəsinə yüksələn insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Əslində, Azərbaycan bayrağının şəhid məzarları üzərindən asılmasını hüquqşünas kimi dərk etmirəm. Eyni zamanda, Azərbaycan bayrağı şəhid məzarı üstündə bir yerdən asıla bilər və buna görə heç bir qadağa yoxdur. Sadəcə, "mütləq bu, qanuniləşməlidir" deməyi doğru hesab etmirəm".
 
Deputat onu da bildirib ki, belə bir məsələni şəhid ailələrinin öhdəsinə buraxsaq, daha yaxşı olar.
"Söhbət şəhid məzarlıqlarında  bayraqların asılmasından və dövlət tərəfindən tənzimlənmədən gedirsə, belə hesab edirəm ki, bunu şəhid ailələrinin öz üzərinə buraxsaq, daha yaxşı olar. Çünki burada əlavə xərcdən, əziyyətdən söhbət getmir. Onsuz da, şəhidlərin adları əbədiləşdirilir, təhsil aldıqları məktəbə adları verilir və sairə". (modern.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
Bank of Baku istiqrazlarını alın - illik 13% GƏLİR QAZANIN
15:44 17.09.2025
Bank of Baku istiqrazlarını alın - illik 13% GƏLİR QAZANIN