Deputatdan təklif: “İdman klubları açmaq istəyən gənc sahibkarlara vergi güzəştləri tətbiq olunsun”

Deputatdan təklif: “İdman klubları açmaq istəyən gənc sahibkarlara vergi güzəştləri tətbiq olunsun”
SOSİAL
16:04 14.11.2019
7572
"Bu gün bizə təklif olunan dəyişikliklər, həqiqətən də, çox vacibdir. Mən bu dəyişiklikləri dəstəkləyirəm. Ümumiyyətlə, 2019-cu il Azərbaycan tarixində uğurlu islahatlar ili olaraq yadda qalacaq. Vergilər sahəsində əldə olunan uğurlar bizi sevindirir”.

"Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, xüsusilə də nağdsiz ödənişlərə marağın artırılması uğurlu nailiyyətlərdən biridir:

"Bununla yanaşı, biz unutmamalıyıq ki, daim vergi ödəyən və heç bir qanun pozuntusu etməyən sahibkarla digər sahibkarlar arasında rəqabət yaratmalıyıq. Onları həvəsləndirməliyik, çalışmalıyıq ki, sahibkarlar vergini sevərək ödəsinlər”.

N.Həmzəyev deyib ki, sağlam həyat tərzi tək Bakıda deyil, regionlarda da təbliğ edilməlidir: "Regionlarda yoqa mərkəzləri, fitnes mərkəzləri, idman klublarının sayının çox olması üçün çalışmalıyıq. Çox təəssüflər olsun ki, böyük gəlirlər çox olmadığı üçün sahibkarlar bu sahəyə maraq göstərmir. Mən Mikayıl müəllimdən xahiş edirəm ki, yoqa mərkəzləri, fitnes mərkəzləri, idman klubları açmaq istəyən gənc sahibkarlara vergi güzəştləri tətbiq olunsun. İnanıram ki, elə olan halda problemləri aradan qaldıra bilərik. Belə olduğu təqdirdə gənclərimiz idmana meyllənərlər, kütləvi şəkildə idmanla məşğul olanların sayı artar. Həm də sahibkarlar çalışarlar ki, idmana da yatırım etsinlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI