Deputatdan təklif: “Könüllü mükafatı” təsis edilsin

Deputatdan təklif: “Könüllü mükafatı” təsis edilsin
SOSİAL
20:26 09.05.2020
1395
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin təşəbbüsü ilə "Könüllülər ili" ilə əlaqədar millət vəkilləri, Azərbaycan Respublikası Gənclər Fondu və gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə gənclər təşkilatlarının fəaliyyəti haqqında onlayn konfrans keçirilib.

AZXEBER.COM xəbər verir ki, onlayn konfransda çıxış edən millət vəkili Şahin Seyidzadə maraqlı təklif irəli sürüb.

Çıxışdan əsas tezisləri təqdim edirik:

I. Azərbaycanda könüllülüyün inkişaf mərhələləri
(1) könüllü fəliyyətinin formalaşması;
(2) könüllü hərəkatının formalaşması və kütləvi hal alınması;
(3) könüllülüyün təşkilatlanması və institutlaşdırılması. 

II. Könüllü mükafatının təsis edilməsi.
2020-ci il cənab Prezident imzaladığı Sərəncama əsasən "Könüllülər ili" elan edilmişdir. Bunu və xüsusi olaraq pandemiya dövründə könüllələrin fəallığını nəzərə alaraq, ilin yekununda "Könüllü mükafatı"ının təsis edilməsini təklif edirəm. Hətta bizim bunu daha sonra ənənəvi olaraq hər il gerçəkləşdirməyimiz mümkündür.

III. Könüllü fəaliyyəti bir növ ictimai inkubatordur. 
Gənclərimiz, nəinki gənclər, hətta digər yaş qruplarından olan şəxslərin könüllü olaraq göstərdiyi fəaliyyətlər ictimai inkubasiya prosesinin bir hissəsidir. Əlbəttə ki, bundan daha çox töhfə alan bizim gənclərimizdir. Onlar könüllülük fəaliyyətinə başlayaraq ictimai proseslərə qoşulurlar. Artıq onlar bir inkubasiya prosesinə daxil olur və nəticədə təcrübə, bilik, vərdişlər və əlaqələr əldə edir. Bu qazanılanlar isə onların uğurlu və peşəkar gələcəyini qurması üçün zəmin yaradır.
OXŞAR XƏBƏRLƏR