Deputatdan vertolyot altında süjet hazırlayan jurnalistə etiraz: Buna son qoyulmalıdır - VİDEO

Deputatdan vertolyot altında süjet hazırlayan jurnalistə etiraz: Buna son qoyulmalıdır - VİDEO
SOSİAL
15:08 27.06.2018
4131
AZXEBER.COM xəbər verir ki, sosial şəbəklərdə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə reportaj hazırlayan "CBC” telekanlının aparıcısı Elmira Musazadə döyüş helikopterlərə yaxın məsafədən veriliş apardığı videogörüntüsü yayıldı.
 
Bu görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb. Cəmiyyətin bəzi üzvləri bu addımı alqışlasalar da, bəziləri təhlükə baxımından düzgün hesab etməyiblər. 

AZXEBER.COM xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə məsələyə sərt münasibət bildirib: "Dünən sosial şəbəklərdə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə reportaj hazırlayan "CBC” telekanlının aparıcısı Elmira Musazadə döyüş helikopterlərə yaxın məsafədən veriliş apardığı videogörüntüsü yayıldı.

Bu hərəkəti mən yolverilməz və təhlükəli hesab edirəm. Helikopterlərin pərləri aparıcı qıza çox yaxın məsafədən keçirdi. Ani bir diqqətsizlik texnikanın və onun arxasınca gələn digər texnikaların ağır qəzasına, ən vacibi isə gənc qızın həyatını itirməsinə səbəb ola bilərdi.
 
Müvafiq qürumları faktı araşdırmağa və belə təhlükəli və ehtiyac olmayan çəklişilərə son qoyulmasına çağırıram."
 
Videonu təqdim edirik.
 

OXŞAR XƏBƏRLƏR