"Mənim oğlanlarım, ümumiyyətlə, avtomobil idarə etmirlər”.
AZXEBER.COM xəbər verir ki. bu sözləri Unikal.org-a açıqlamasında YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov övladının qəza törətməsi xəbərinə münasibət bildirərkən deyib.
O, açıqlamasında bildirib ki, ailəsi və özü yayılan məlumatdan xəbərdardır və bu barədə hüquqi tədbir görülməsi üçün artıq vəkillə danışılıb:
"Övladımın qəza törətməsi ilə bağlı yayılan informasiya yalandır. Xəbəri yayan saytı bu gün məhkəməyə verəcəm. Artıq vəkilimlə danışmışam. Mənim övladlarım ümumiyyətlə avtomobil sürmürlər. Onlar elə yerdə çalışırlar ki, özlərinin sürücüləri var. Oğlanlarım uşaq deyil! Bizi istəməyən qüvvələr belə "informasiyalar” yaymaqla panika yaradır və məni provakasiyaya çəkmək istəyirlər”.
Xatıradaq ki, dünən Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası olub.