Deputatın oğluna bu qədər cəza verilə bilər - Vəkil danışdı

Deputatın oğluna bu qədər cəza verilə bilər - Vəkil danışdı
SOSİAL
17:12 26.10.2026
231
Xəbər verdiyimiz kimi, oktyabrın 23-də Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayev bıçaqlanaraq qətlə yetirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin planlaşdırılmasında və təşkilində iştirak etməkdə şübhəli bilinən 11 nəfər həbs edilib. 

İstintaq materiallarına görə, həmin şəxslərin kriminal araşdırmalar aparmaq, hədə-qorxu yolu ilə pul tələb etmək, kriminal dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri cəzalandırmaq məqsədilə cinayətkar birlik yaratdıqları iddia olunur.

Qeyd edək ki, saxlanılanlar arasında əvvəllər məhkum olunmuş şəxslərlə yanaşı, Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də var.

Bu şəxsləri hansı cəzanın gözlədiyi isə ictimaiyyət tərəfindən maraqla izlənilir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan vəkil Babək Həmidov bildirib ki, cinayətlərin cinayətkar birlik tərəfindən törədilməsi qanunvericilikdə cinayəti ağırlaşdıran ən ciddi hallardan biri hesab olunur:


"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət törədilərkən iştirakçılığın bir neçə forması müəyyən edilib. Bunlara qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və cinayətkar birlik daxildir.

 


Nəticə etibarilə, iştirakçılıqla törədilən cinayətlər arasında cəmiyyət üçün ən təhlükəli olanı məhz cinayətkar birlik hesab olunur.

Qeyd olunan ittiham üzrə hədə-qorxu ilə tələb etmə və qəsdən adam öldürmə cinayətlərinin cinayətkar birlik tərəfindən törədildiyi müəyyən edilərsə, şəxslər barəsində daha ağır cəzalar müəyyən edilir. Bu halda 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən edilə bilər”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya FTX: Ukrayna Moskvanın HHM sisteminə zərbə endirməyi planlaşdırıb
18:12 26.10.2026
Rusiya FTX: Ukrayna Moskvanın HHM sisteminə zərbə endirməyi planlaşdırıb
Keçmiş icra başçısı vəfat etdi
17:49 26.10.2026
Keçmiş icra başçısı vəfat etdi
Qorxulu "Hallouen" obrazları uşaqların psixologiyasına necə təsir edir? – Psixoloqdan xəbərdarlıq
17:35 26.10.2026
Qorxulu "Hallouen" obrazları uşaqların psixologiyasına necə təsir edir? – Psixoloqdan xəbərdarlıq
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:32 26.10.2026
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
Çingiz Aytmatovun bacısı vəfat etdi
17:23 26.10.2026
Çingiz Aytmatovun bacısı vəfat etdi
Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ
17:15 26.10.2026
Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ
Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama
17:14 26.10.2026
Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama
Deputatın oğluna bu qədər cəza verilə bilər - Vəkil danışdı
17:12 26.10.2026
Deputatın oğluna bu qədər cəza verilə bilər - Vəkil danışdı
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
16:53 26.10.2026
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
“X”dəki provokasiya və ya Ərbakan niyə sakitləşmir? - KÖŞƏ
16:31 26.10.2026
“X”dəki provokasiya və ya Ərbakan niyə sakitləşmir? - KÖŞƏ
Qarşınızdakı insanın yalan danışdığını necə bilmək olar? - Bədən dilinin gizli işarələri
16:30 26.10.2026
Qarşınızdakı insanın yalan danışdığını necə bilmək olar? - Bədən dilinin gizli işarələri
Daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi
16:05 26.10.2026
Daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
16:04 26.10.2026
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
16:01 26.10.2026
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Deputatdan iranlı nazirə sərt sözlər: “O getsin Mehsa Əmininin məzarına və Allahdan bağışlanma diləsin”
15:48 26.10.2026
Deputatdan iranlı nazirə sərt sözlər: “O getsin Mehsa Əmininin məzarına və Allahdan bağışlanma diləsin”
Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
15:44 26.10.2026
Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir