Deputatın oğlunun avtomobilində narkotik tapıldı

DÜNYA
10:52 06.06.2013
1633

Aşkar olunan narkotik maddənin çəkisi 102 kiloqramdır.

AZXEBER.COM-un verdiyi xəbərə görə, Fransada deputat oğlunun avtomobilində 102 kiloqram narkotik maddə müsadirə edilərək götürülüb. 22 yaşlı oğlan avtomobili ilə Mərakeşdən gəlirmiş.

Məlumatı Fransa KİV-ləri yayıb.Fransanın Tur keçid məntəqəsində gömrük xidməti əməkdaşlarında şübhə doğurduğundan maşına baxış keçirilib və yaxşı gizlədilmiş 102 kiloqram narkotik maddə aşkar edilərək götürülüb. Onu müşayiət edən mərakeşli sərnişinin Fransa polisi tərəfindən axtarışda olduğu müəyyən edilib.İlkin dindirilmə zamanı gənc atasının deputat olduğunu gizlətməyə çalışsa da, buna müvəffəq olmayıb. Deputatın oğlunun ictimai yerdə silah işlətdiyinə görə 2007-ci və 2008-ci illərdə həbsxanada yatdığı bildirilir.Gəncin ixtisasca həkim olan atası 2012-ci ildə Fransanın Val-d’Uaz departamentindən Milli Assambleyaya deputat seçilib.

OXŞAR XƏBƏRLƏR