Deputatın oğlunun toyunda maraqlı hadisə - Gecikən məmura görə toyu 3 saat gec başlatdı

Deputatın oğlunun toyunda maraqlı hadisə - Gecikən məmura görə toyu 3 saat gec başlatdı
SOSİAL
11:29 24.09.2017
7811

Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov övladına toy edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalist Mahir Məmmədli öz sosial media hesabında yazıb.

Jurnalistin yazdığına görə, həmkarı Cavanşir Feyziyevlə quda olan millət vəkilinin dəvətnamə göndərdiyi şəxslər arasında Milli Məclisin spikeri Oktay Əsədov da olub.

Lakin, işlərinin çoxluğundan spiker məclisə ənənəvi saatda yox, 20:30-da gəlib çatıb. İşin qəribə tərəfi də ondan ibarətdir ki, deputat Rafiq Məmmədhəsənov Əsədovun toya gələcəyi saata qədər gəlinlə bəyi gəlin maşınında gözlədib.

Bildirilir ki, bu durum spikerin özünü də narahat edib.


OXŞAR XƏBƏRLƏR