Deputatın partiyası “0” bal aldı - SORĞU

Deputatın partiyası “0” bal aldı - SORĞU
MARAQLI
10:39 11.11.2011
1461

Tanınmış saytın keçirdiyi sorğu maraqlı nəticələr ortaya çıxarıb

Azərbaycanın indiki parlamentinin formalaşmasından bir il keçdi. 125 üzvü olan Milli Məclisin indiki tərkibinin formalaşmasının 1 illiyi münasibətilə mediaforum.az saytı “Ən çox bəyəndiyiniz deputat hansı partiyanı təmsil edir” sualı ilə internet sorğusu təşkil edib.

Dünən internet sorğusu yekunlaşıb. Ümumilikdə 281 dəfə səs verilmiş sorğuda nəticələr belə olub: Heç bir deputatı bəyənmirəm - 166 səs, Ümid Partiyası - 39, Yeni Azərbaycan Partiyası -23, Vətəndaş Həmrəyliyi Partiyası -22, Böyük Quruluş Partiyası -12, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası -12, Ana Vətən Partiyası -3, Vətəndaş Birliyi Partiyası-2, Demokratik İslahatlar Partiyası -1, Ədalət Partiyası -1, Sosial Rifah Partiyası - 0. Səsvermədə iştirak etmiş hər bir şəxsə təşəkkürünü bildirən sayt xüsusi qeyd edir ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər. Dünən sorğu başa çatdıqdan sonra oxucular redaksiyamıza zəng vurub maraqlı fikirlər söyləyiblər. Dedilər ki, sorğuda iştirak edən 281 nəfərdən 166-sının heç bir deputatı bəyənməməsi hazırkı parlamentə cəmiyyətin münasibətinin göstəricisidir. Parlamentdəki partiyalardan isə deputatı ən çox bəyənilən Ümid Partiyasıdır, o da cəmi 39 səslə. Parlamentdəki digər partiyalara isə cəmiyyətdə münasibət acınacaqlıdır. Sorğuda Vətəndaş Birliyi Partiyasına 2 səs verilib. Oxucular iddia edir ki, hər halda bu səs də partiyanın sədri deputat Sabir Hacıyevlə onun deputat köməkçisinə məxsusdur. Demokratik İslahatlar Partiyası ilə Ədalət Partiyasının hər birini 1 səs verilməsi isə həmin partiyalara hətta deputat sədrlərindən başqa heç kimin səs vermədiyini söyləməyə əsas verir. Deputat Xanhüseyn Kazımlının sədrlik etdiyi Sosial Rifah Partiyasına isə deyəsən, bu ölkədə heç Xanhüseyn müəllimin özü də inanmır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
13:24 04.07.2025
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
13:18 04.07.2025
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
Sabahın hava proqnozu açıqlanıb
13:13 04.07.2025
Sabahın hava proqnozu açıqlanıb
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
13:09 04.07.2025
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:06 04.07.2025
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
12:58 04.07.2025
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb