Deputatlar "Nyukasl" - "Qarabağ" oyununa hesab proqnozlarını açıqladı

Deputatlar "Nyukasl" - "Qarabağ" oyununa hesab proqnozlarını açıqladı
İDMAN
14:38 24.02.2026
553
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl” və "Qarabağ” komandaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 
İlk oyunda qeydə alınan nəticədən sonra "Qarabağ”ın mərhələ şansları minumuma enib. Bu qarşılaşma "Qarabağ”ın Çempionlar Liqasındakı sonuncu oyunu ola bilər. 

Milli Məclisin deputatları oyunla bağlı fikirlərini AZXEBER.COM-a bölüşüb.

Milli Məclisin deputatı Elman Nəsirov: 

"Oyunda qələbə qazanmaq çox çətindir. Hesabın kiçik rəqəmlərlə ifadəsində maraqlıyam”.

Milli Məclisin deputatı Naqif Həmzəyev:

"Hesab demək çətindir. Heç-heçə bitəcəyinə ümid edirəm”.

Milli Məclisin deputatı Tahir Rzayev: 

"Son nəticələr "Qarabağ”ın məğlub olacağını göstərir. "Nyukasl” kimi güclü komandalar ilə oynamaq çox çətindir. "Qarabağ”ın bu mərhələyə gəlməsi böyük uğurdur, Azərbaycan futbolunun tanıdılmasıdır. Qurban Qurbanov komandanın bu mərhələyə gəlməsinə böyük əmək sərf edib. "Qarabağ”ın bundan sonrakı uğurları daha böyük olmalıdır”. 

Milli Məclisin deputatı Razi Nurullayev: 

"Arzu edirəm ki, "Qarabağ” qollar vura bilsin. Düşünürəm ki, hesab 5:3 onların xeyrinə bitə bilər. Amma əksi olsa, bayram-bayrama qarışar”. 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli isə oyunla bağlı fikirlərinin olmadığını bildirib.

"Oyunla bağlı heç bir təxminim yoxdur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR