Deputatlar təmsil etdikləri bölgələrdə xüsusi karantin rejiminin tətbiqindən danışdılar

Deputatlar təmsil etdikləri bölgələrdə xüsusi karantin rejiminin tətbiqindən danışdılar
SOSİAL
13:44 31.03.2020
483
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədi ilə paytaxtla yanaşı, regionlarda da qabaqlayıcı tədbirlər, maarifləndirmə işi aparılır.

Bu tədbirlər ölkənin bütün şəhər və rayon və şəhərlərini əhatə edir və koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.

"Report” məsələnin aktuallığını nəzərə alaraq regionlardakı vəziyyətlə tanış olmaq üçün Milli Məclisin deputatlarına müraciət edib.

47 saylı Mingəçevir seçki dairəsinin deputatı Aydın Mirzəzadə "Report”a bildirib ki, təmsil etdiyi bölgənin rəhbərləri, ziyalıları və sakinləri ilə mütəmadi olaraq əlaqə saxlayır:

Aydın Mirzəzadə

"Mingəçevirdə xüsusi karantin rejiminin qaydalarına yüksək səviyyədə əməl edilməsinə çalışılır. Şəhər ərazisində polis patrulu xidməti fəaliyyət göstərir. Onlar 65 yaşdan yuxarı insanlar arasında maarifləndirmə işləri aparır və evdə qalmalarını tövsiyə edirlər. Eyni zamanda insanların bir yerə toplaşması, ehtiyac olmadan çölə çıxmasına qarşı Mingəçevir Şəhər İcra Hakimiyyəti, müvafiq təşkilatlar tərəfindən xüsusi təbliğat işi aparılır. Ərzaq, səhiyyə və apteklərdən başqa digər obyektlərin fəaliyyəti dayandırılıb və bunu ciddi şəkildə nəzarət olunur. Bundan əlavə, icra başçısı şəhəri gəzərək xüsusi karantin rejiminə əməl olunmasını yerində araşdırır. Şəhər ərazisində tək yaşayan və qayğıya ehtiyacı olan insanların siyahısı tutulub. Onlara ərzaq və tibbi ləvazimatların alınması təşkil edilir. Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının gəncləri könüllü surətdə tənha yaşayan insanlara ərzaq və dərman vasitələrinin alınıb verilməsi prosesində yaxından iştirak edirlər. Ümumən götürdükdə Mingəçevirdə xüsusi karantin rejiminə əməl edilməsinə çalışılır”.

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatı Naqif Həmzəyev isə "Report”a deyib ki, Gəncə Şəhər İcra Hakimiyyətində koronavirusla mübarizə çərçivəsində operativ qərargah və "Qaynar xətt” yaradılıb:

Naqif Həmzəyev

"Həmin qərargah şəhər ərazisindəki qurumlar arasında xüsusi karantin rejiminə əməl olunmasına nəzarət edir. Hətta mütəmadi olaraq icra başçısı Niyazi Bayramov sakinlərlə görüşür, onları narahat edən məsələlərə aydınlıq gətirir, sakinlər arasındakı maarifləndirmə işlərinə şəxsən rəhbərlik edir. Bundan əlavə, YAP-ın Gəncə şəhər təşkilatının gəncləri, könüllüləri tərəfindən 65 yaşdan yuxarı insanlar, ahıllara soail xidmətlərin göstərilməsi istiqamətində fəallıq göstərirlər. Həmin kateqoriyadan olan insanlara sovqatlar aparırlar, tibbi ləvazimatlar və ərzaq məhsulları çatdırırlar”.

Deputat təəssüf hissi ilə qeyd edib ki, hələ də bəzi insanlar prosesin ciddiliyini tam anlamırlar:

"Təəssüflər olsun ki, hələ də küçədə çoxlu sayda gəzən insanlar var. Ancaq buna baxmayaraq Gəncə şəhərində xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində icra hakimiyyətinin, operativ qərargahın, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri keçirirlər. Polis əməkdaşları onlarla profilaktik söhbət apararaq, karantin rejiminə əməl etməyin vacibliyini qeyd edirlər. Artıq bu tədbirlər öz nəticəsini verməkdədir. Bundan başqa, Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri mütəmadi davam etdirilir. Polis maşınları şəhərin küçə və prospektlərində hərəkət edərək səsgücləndirici ilə əhaliyə müraciətlər edirlər. Hesab edirəm ki, koronavirusla mübarizə çərçivəsində dövlətimiz tərəfindən bütün lazımı addımlar atılır Bu məsələdə insanlarımız da dövlətimizə öz dəstəyini göstərməlidir. Onlar həkimlərin, hökumətin verdiyi qərar və tövsiyələrə sözsüz əməl etməlidir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı