Deputatlar ‘Topaz’ı tənqid etdilər

Deputatlar ‘Topaz’ı tənqid etdilər
12:59 05.03.2013
1654

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Topaz” bukmeker kontorunun fəaliyyəti tənqid olunub.

APA-nın məlumatına görə, deputat Məlahət İbrahimqızı “Topaz”ın fəaliyyəti ilə bağlı ona müraciətlərin daxil olduğunu deyib.

O qeyd edib ki, təkcə Nəsimi rayonundan ona bununla bağlı 13 qadın müraciət edib: “Rayonlardan da müraciətlər olur. Guya ki, bu kontorlar gənclərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulub. Amma adamlar orada evlərini uduzur. Universitetlər də şikayət edirlər ki, tələbələri o kontorlardan yığmaq olmur“.

Deputat Fazil Mustafa isə deyib ki, adamların “Topaz”a getməməsi üçün sadəcə maarifləndirmə işləri aparmaq lazımdır. Spiker Oqtay Əsədov isə deyib ki, “Topaz” qumarxana deyil: “Bu, həm də idmanın inkişafına yönəlmiş bir məsələdir. Amma müraciətləri araşdırarıq”.

OXŞAR XƏBƏRLƏR