"Deputatlar yağ-bal içində yaşamır" - Deputat danışdı

"Deputatlar yağ-bal içində yaşamır" - Deputat danışdı
SOSİAL
15:07 18.11.2021
561
"Dünən Parlamentin büdcəsi müzakirə olunurdu. Əslində heç kim mənə deməmişdi ki, evsiz deputatların kirayə pulunun qaldırılması ilə bağlı məsələdən danışım. Əslində, cəmiyyətdə belə bir fikir var ki, deputatlar yağ-bal içərisində yaşayır. Mən də o məsələni çatdırmaq istəyirdim ki, bu, heç də belə deyil, deputatlar yağ-bal içində yaşamır.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev Milli Məclisdəki çıxışına aydınlıq gətirərkən deyib.

 Deputat deyib ki, evi olmayan deputatlar var: "Hələ evi olmayan deputatlar var. Onlar kirayə pulu kimi 220 manat alır. Amma bu məbləğə heç kim gedib bir otaqlı, normal şəraitli mənzil də tapa bilmir. Cəmiyyətin diqqətini bu məsələyə cəlb etmək istədim və buna da nail oldum. Yəni cəmiyyətdə belə bir fikir olmasın ki, bütün deputatların hamısı milyonerdir, gözəl şəraitdə yaşayır. Bu məsələni də Parlamentin büdcə müzakirəsi olduğu üçün qaldırdım”.
 
Deputat qeyd edib ki, onu tənqid edənlər xalq deyil:

"Amma onu paylaşıb məni hədəfə alanlar müəyyən siyasi yerlərə bağlıdırlar. Xalqın bundan xəbəri yoxdur, xalq hər şeyi gözəl bilir. Baxdım ki, biri "Ümid” Partiyasıdır, biri "Real” Partiyasıdır, Əli Kərimlinin, Əli Əliyevin tərəfdarlarıdır. Ağızlarına gələni danışırlar. O adamların biri nə şəhid ailəsində olub, nə də cibindən bir manat çıxarıb müharibə iştirakçısına verib. İndi onlar qəhrəmanlıqdan, düzlükdən, şahid ailələrindən danışır. Bu atı oynadanlar xalq deyil, onlardır. Heç bir xidməti olmayanlardır. Könül bulandıranlardır. Çox təəssüf edirəm ki, öz fitnəkarlıqlarına insanları da cəlb etməyə çalışırlar. O insanlar özləri zamanında deyiblər ki, Qarabağ alınsın, evimizi satıb Qarabağa qoyarıq. Onu yazanlar indi evini satsın, Qarabağa qoysun. Mən nə edirəmsə göz qabağındadır”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR