Matç saat 16.30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Jurnalistlər və deputatlar arasındakı futbol matçı Azərbaycan Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq. Bu münasibətlə ilk oyun bu il mart ayının 19-da Şəfa stadionunda jurnalistlərlə polislər arasında baş tutub.