"Azərbaycanın nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, diplomatik nümayəndəliklərin də sayı artır. Buna görə, bu sahəyə vəsait ayrılması da vacibdir”.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
Sahil Babayev deputatlar tərəfindən səsləndirilən diplomatların maaşının artırılması təkliflərinə münasibət bildirib:
"Diplomatların əməkhaqqının artırılması təklifinə gəlincə, bu, ötən il artıb. Onların əməkhaqqı BMT-nin müəyyən etdiyi mexanizm əsasında həyata keçirilir”.








































