Deputatların Mətbuat Şurasından hansı gözləntiləri var?

ÖZƏL
14:23 30.09.2022
3007
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası (MŞ) İdarə Heyətinin sədri seçilib.

Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə isə 23 nəfər daxildir.

Bəs, Mətbuat Şurasındakı bu dəyişikliklərdən sonra hansı müsbət inkişaf gözlənilir?

Milli Məclisin deputatı Fəzail Ağamalı Mətbuat Şurasının növbəti qurultayı, yeni sədr və üzvlərin seçilməsi ilə bağlı fikirlərini AZXEBER.COM-a danışıb.
 

 

Deputat qeyd edib ki, Rəşad Məcidin sədrliyi ilə idarə heyəti sözün həqiqi mənasında mətbuatımızda yeni inqilabi dəyişikliklərin aparılması üçün lazımi bütün tədbirləri görəcək:

"Ötən gün Mətbuat Şurasının növbəti qurultayının gedişini diqqətlə izlədim. Qurultayda mətbuatımızın bu günü və sabahı ilə bağlı peşəkar jurnalistlər tərəfindən ciddi məsələlər qaldırıldı. Problemlərdən çıxış yollarının tapılması üçün müxtəlif təkliflər irəli sürüldü. Mətbuat Şurasının yeni sədri də cəmiyyətimizdə kifayət qədər tanınan, yazıçı və jurnalist kimi nüfuz sahibi olan Rəşad Məcid oldu. Onun sədrliyi ilə idarə heyəti sözün həqiqi mənasında mətbuatımızda yeni inqilabi dəyişikliklərin aparılması üçün lazımi bütün tədbirləri görəcək. Xüsusi olaraq bu gün mətbuatın böyük bəlasına çevrilən və jurnalistika ilə heç bir əlaqəsi olmayan ayrı-ayrı sayt sahibləri və onların böhtana, şantaja söykənmiş əməllərinə son qoymaq üçün ciddi addımlar atılacaq. Əslində bu gün Azərbaycanın peşəkar jurnalistləri, həqiqətən, böyük fədakarlıqla Azərbaycanda ictimai fikrin formalaşmasında ciddi rol oynayırlar. Dövlətimizin və xalqımızın milli maraqlarının qorunması üçün yüksək peşəkarlıq nümayiş etdirməkdədirlər. Lakin bununla yanaşı bütövlükdə jurnalistikaya ləkə gətirən, hətta öz tərcümeyi-halını yazanda belə onlarla səhv buraxan ayrı-ayrı sayt rəhbərlərinin böhtana, şərə, şantaja söykənərək pul qazanmaq məqsədilərinə son qoymaq üçün prinsipial, sistemli və ardıcıl mübarizə aparılmalıdır". 

Millət vəkili qeyd edib ki, qanunvericilik çərçivəsində Mətbuat Şurasının fəaliyyətini gücləndirə biləcək addımlar atmalıdır:

"Mətbuat Şurasına yeni seçilən sədri Rəşad Məcidi və idarə heyətinin yeni üzvlərini təbrik edirəm. Onlara çətin və şərəfli işlərində uğurlar diləyirəm. Mənə elə gəlir ki, biz eyni zamanda qanunvericilik çərçivəsində Mətbuat Şurasının fəaliyyətini gücləndirə biləcək addımlar atmalıyıq. Mətbuat Şurasına səlahiyyət verilməlidir ki, onların aparmış olduğu monitorinqlər nəticəsində əldə etdikləri konkret faktlar əsasında jurnalistikaya ləkə gətirən ayrı-ayrı jurnalist və saytlar haqqında tədbirlər görmək üçün addımlar atsınlar. Məsələn, onların fəaliyyət göstərməsində müəyyən qadağalar qoyulması və ya tamamilə yasaq qoyulması, eyni zamanda ciddi xarakter daşıyan sənədləri, materialları ümumiləşdirərək ölkənin hüquq-mühafizə orqanlarına verilməsi kimi işləri onlar görsələr təsiri də güclü olar". 

"Bir daha Mətbuat Şurasının yeni rəhbərliyinə və idarə heyətinin yeni üzvlərinə uğurlar diləyirəm, onlardan gözləntilərimiz çoxdur", - deyə deputat əlavə edib .

Mövzu ilə bağlı AZXEBER.COM-a millət vəkili Ceyhun Məmmədov da fikirlərini bildirib.
 


Deputat qeyd edib ki, Mətbuat Şurasının İdarə Heyətində gənclərin də yer alması önəmli məsələdir:

"Bu qurultayın keçirilməsi çox önəmli idi. Biz yeni idarə heyətinin üzvləri arasında yeni simaları da gördük. Azərbaycanın bir sıra aparıcı saytlarının rəhbərləri də idarə heyətində üzvlər sırasında yer alıb. Burada eyni zamanda gənclərin də yer alması önəmli məsələdir. Yəni artıq biz Mətbuat Şurasının İdarə Heyətində bir neçə gəncin də təmsil olunduğunu görürük. İstər "Azxeber.com"-un rəhbəri Hacıbəy Heydərli, istər Aqil Ələsgər kimi gəncləri burada gördüm. İnanıram ki, burada gənclərin də təmsil olunması mətbuatımızda gənclərin fəaliyyətinin işıqlandırılmasına, gənclərlə bağlı məsələlərin gündəmdə saxlanılmasına öz töhvəsini verəcək".

Deputat bildirib ki, mətbuatımızın qarşısında mühüm vəzifələr var:

"Ümumən götürdükdə isə, hesab edirəm ki, mətbuatımızın qarşısında çox ciddi və mühüm vəzifələr var. Biz zaman-zaman mətbuatda rekertlərlə də üzləşirik, xoşagəlməz hallar da olur. Amma bu gün informasiya müharibəsində də mətbuatımız üzərinə çox ciddi işlər düşür. İnanıram ki, gənc, orta və yaşlı nəsil əl-ələ verərək mətbuatımız daha da inkişafı, güclənməsi işinə öz töhfələrini verəcəklər".

"Fürsətdən istifadə edib bütün üzvləri səmimi qəlbdən təbrik edirəm. Onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıram", - deyə deputat əlavə edib.

"Jurnalistlərin növbəti Qurultayında baş verən hadisələri yaxından izlədim. Çox sevindirici haldır ki, məlum Qurultay maraqlı və yeni seçimlərlə yadda qaldı. Xüsusən İdarə Heyətində gənc simaların önə çəkilməsini təqdirəlayiq hal hesab edirəm” .
 
Bu fikirləri isə Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.
 

 

"Rəşad Məcid jurnalistlərin son dərəcə düzgün seçimidir. O, hər zaman işinin öhdəsindən layiqincə gələn biri olub. Heç şübhə etmirəm ki, Rəşad müəllim yeni sədr postunda da dəyərli qələm sahiblərinin etimadını doğruldacaq.

İdarə Heyətində təmsilçilik hüququ qazanan və mənim üçün çox əziz olan Rauf Arifoğlunu, Hacıbəy Heydərlini, Aqil Ələsgəri və digər dostlarımızı ürəkdən təbrik edirəm. Azərbaycan jurnalistləri hər zaman dövlətin və dövlətçiliyin yanında olublar. Onlar bizim üçün çox qiymətlidirlər. Hər birinin yolu açıq olsun” – deyə Partiya sədri fikirlərinə davam edib.
 
Aydın Nuri 
 
Yazı Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR