Deputatlığa namizəd Yusif Hüseynovdan maraqlı təklif: Aliment fondu yaradılsın!

Deputatlığa namizəd Yusif Hüseynovdan maraqlı təklif: Aliment fondu yaradılsın!
Seçki2024
10:05 28.01.2020
4241
AZXEBER.COM 27 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş istedadlı gənc və Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayevanın nəvəsi Yusif Hüseynovla müsahibəni təqdim edir.

– Yusif bəy, deputat olmaq üçün xalqa yaxın olmaq, onu yaxşı tanımaq, anlamaq, dinləmək lazımdır. Həmçinin xalq da sizi daha yaxından tanımalıdır ki, ürək rahatlığı ilə səs verə bilsin.

– Mən, Yusif Hüseynov Bakı şəhərində anadan olmuşam. Orta məktəb təhsilimi həm İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə, həm də ingilisdilli təhsil sistemi əsasında fəaliyyət göstərən "Oxbridge Academy Baku”da başa vurmuşam.

– Uzun müddətdir ki, Bakıda deyildiniz. Bunun səbəbini açıqlaya bilərsinizmi?

– Mən 2016-cı ildə təqaüd proqramına qəbul olundum və hazırda da təhsilimi İngiltərənin nüfuzlu Koventri Universitetində davam etdirirəm. Böyük Britaniyada yaşadığım dörd illik təhsil həyatı aprel ayında başa çatacaq.

– Xaricdə yaşamaq necə hissdir? Orda hansı çətinliklərlə qarşılaşdınız və nə kimi işlər gördünüz?

– Son 4 ildə təhsilimlə əlaqədar olaraq, Londonda yaşamalı olsam da, tətil günlərində mütləq Bakıya üz tuturdum. Küləklər şəhərini çox sevdiyimdən buradan uzaqda qalmaq mənə asan gəlmirdi.

Zamanımın böyük hissəsini dərslərimə ayırmışdım. Asudə vaxtlarımda milli yeməklərimizi bişirir, xarici tələbə yoldaşlarımı qonaq edirdim. Onlara Azərbaycan haqqında məlumatlar verir, adət-ənənələrimizdən bəhs edirdim.

– Deputat olmaq iddiası necə yarandı?

– Ölkədə sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən, əhalinin sosial təminatının gücləndirilməsi və maddi rifah halının yüksəldilməsi istiqamətində bu gün ciddi islahatlar həyata keçirilir. Bu islahatlara uyğun olaraq, gənc kadrların irəli çəkilməsi, onların bilik və bacarıqlarından daha səmərəli istifadə edilməsi biz gəncləri də sevindirir. Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi real nəticələr verən uğurlu islahatların tərkib hissəsidir. Mənim bu seçkilərdəki iştirakımın əsas məqsədi Milli Məclisin üzvü kimi sosial-iqtisadi həyatın bütün sahələrində dövlətə və cəmiyyətə faydalı olmaqdır.

– Namizədliyinizi irəli sürməyinizə dəstək olanlar çoxdurmu? Kimlər sizə bu işlərdə köməklik göstərir?

– Bəli, mən bu dərəcədə məsuliyyətli işi tək yerinə yetirə bilmərəm. Biz bir komanda şəklində işləyirik. Ailəm, qohumlarım, dostlarım, tanışlarım, hətta xaricdə mənimlə birgə oxuyan tələbə yoldaşlarım mənə dəstək olurlar. Onlar zəng edərək kampaniyamı izlədiklərini bildirir və uğur arzulayırlar.

– Hədəfləriniz və planlarınız nədən ibarətdir?

– Düşünürəm ki, Sabunçu rayonunda həll edilməsi vacib olan məsələlər və problemlər var. Biz deyirik ki, işsizlik, sosial həyat, aliment, nəqliyyat, yol və kanalizasiya sistemi ilə bağlı problemlərin həlli var! Seçicilər etimad göstərib məni millət vəkili seçsələr, 27 saylı Sabunçu seçki dairəsinə aid olan hər bir qəsəbəyə fərdi yanaşacaq və mövcud problemlərin həll olunması üçün səlahiyyətlərim çərçivəsində əlimdən gələni edəcəyəm.

– Xalqa, yerli sakinlərə nə kimi vədlər verirsiniz?

– İşsizliyi aradan qaldırmaq, infrastrukturu bərpa etmək, kanalizasiya problemini həll etmək, zərərli vərdişlərin qarşısını almaq görmək istədiyim əsas işlərdir və 27 saylı Sabunçu seçki dairəsinə daxil olan yaşayış məntəqələrinin bunlara böyük ehtiyacı var. Ümumiyyətlə, hər problemin həlli var.

– Sizi digər 124 deputatdan fərqləndirən nədir?

– Həyata baxışım, gəncliyin gətirdiyi həvəs və işə köklənmə. Qeyd etmək lazımdır ki, cənab Prezident tərəfindən ölkədə gənclərin önəmli işlərdə söz sahibi olmaları üçün yaradılan imkanlar bizim fəaliyyətimizə müsbət təsir göstərəcək.

– Seçiləcəyiniz təqdirdə bunun adı nə olacaq? Xalqın səsi, yoxsa sadəcə şans?

– Xalqın səsi və ölkədə demokratiyanın inkişafına verilən böyük dəstək. Aparılan islahatların nəticəsidir ki, mənim kimi gənc və perspektivli şəxslər öz namizədliyini irəli sürə bilir.

– İndiyədək hansı deputatın hansı işini təqdir etmisiniz?

– Birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətini bəyənirəm. O, daim xalqla təmasda olur, vətəndaşları narahat edən problemlərlə maraqlanır. Həmçinin Sabirabaddan Elçin Quliyev və Tovuzdan Qənirə Paşayevanın fəaliyyətini yaxından izləyirəm.

– Qeyri-adi təklifiniz olacaqmı?

– Ölkədə aliment fondunun yaradılmasını istəyirəm. Düşünürəm ki, bu, kifayət qədər önəmli məsələdir və konseptual həll yolu tələb edir.

– İnsanlar niyə sizə səs verməlidirlər?

– Seçicilərimiz ölkə Prezidenti tərəfindən həyata keçirilən islahatlara dəstək olmalı və gənclərə yeni imkanlar yaratmalıdırlar. Çünki təhsil həyatında xeyli uğur qazanmış şəxslər hər bir problemin həllində də uğur əldə edə bilərlər.
 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
n, mahnı, Orxan, Mürvətli, Tural, sözləri, musiqisi, izlənmə, əldə, Mahnının, Xaniyə, Cəfərova, məxsusdur, sevənlərinin, ixtiyarına, verəcək, Aysel, klipi, çəkilən, Cəfərov', ), ), ); ?>
Qanada meymun çiçəyi virusuna yoluxanların sayı artır
15:50 18.07.2025
Qanada meymun çiçəyi virusuna yoluxanların sayı artır
AccessBank tender elanının vaxtı uzadıldı
15:45 18.07.2025
AccessBank tender elanının vaxtı uzadıldı
Vanda Nara məşhur futbolçu ilə sevgilidir
15:36 18.07.2025
Vanda Nara məşhur futbolçu ilə sevgilidir
Rəvan Qarayev üçüncü dəfə evlənəcəyini təsdiqlədi
15:34 18.07.2025
Rəvan Qarayev üçüncü dəfə evlənəcəyini təsdiqlədi
İbrahim Borçalının oğlunun vəfatından beş il ötür
15:25 18.07.2025
İbrahim Borçalının oğlunun vəfatından beş il ötür
Naftalanda mətbuat nümayəndələri ilə görüş keçirilib - FOTOLAR
15:22 18.07.2025
Naftalanda mətbuat nümayəndələri ilə görüş keçirilib - FOTOLAR
Bakıda 12 min manatlıq oğurluq edən şəxslər saxlanılıblar
15:15 18.07.2025
Bakıda 12 min manatlıq oğurluq edən şəxslər saxlanılıblar
Gəncə teatrı beynəlxalq festivalda mükafata layiq görülüb - FOTOLAR
15:07 18.07.2025
Gəncə teatrı beynəlxalq festivalda mükafata layiq görülüb - FOTOLAR
Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır
15:01 18.07.2025
Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır
"Real Madrid" ağır seçim qarşısında: Bellinqemi o əvəz edəcək
14:42 18.07.2025
"Real Madrid" ağır seçim qarşısında: Bellinqemi o əvəz edəcək
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub
14:32 18.07.2025
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub
Sabah Bakıda 39, bölgələrdə isə 41 dərəcə isti olacaq
14:23 18.07.2025
Sabah Bakıda 39, bölgələrdə isə 41 dərəcə isti olacaq
"Zelenskinin açıqlamaları müsbət siqnaldır" - Kremldən AÇIQLAMA
14:05 18.07.2025
"Zelenskinin açıqlamaları müsbət siqnaldır" - Kremldən AÇIQLAMA
Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi
14:01 18.07.2025
Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi
"Sənsiz gecələr" bir milyon oldu
13:57 18.07.2025
"Sənsiz gecələr" bir milyon oldu
Qeyri-adi dələduzluq: 258 saxta otaq rezervasiya etdi, əməlini boynuna almadı
13:54 18.07.2025
Qeyri-adi dələduzluq: 258 saxta otaq rezervasiya etdi, əməlini boynuna almadı