Deputatlığa namizəd Zaur Darabzadə autizmli uşaqlarla görüşüb - FOTO

Deputatlığa namizəd Zaur Darabzadə autizmli uşaqlarla görüşüb - FOTO
Secki2024
12:44 28.01.2020
2090
23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan "CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə autizmli uşaqlarla görüşüb.

O, bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb.

"Bugünlərdə autizmi olan fərqli və istedadlı uşaqlarla görüşdük. Hesab edirəm ki, bu uşaqların hər birinə xüsusi qayğı və diqqət göstərilməlidir.

Valideynlər, ətraf mühit onların inkişafına mane olmamalıdır. Mərkəzdə autizmli uşaqların intellektual inkişafı üçün imkanlar mövcuddur. Onlar bizim gələcəyimizdir. Gələcəyimizi qorumalıyıq!”, - namizəd əlavə edib.

Görüşdə namizəd Xalq artisti Tünzalə Ağayeva və uşaqlarla birlikdə mahnı oxuyub.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR