“Deputatlığa namizədliyimi irəli sürsəm…”

“Deputatlığa namizədliyimi irəli sürsəm…”
MAQAZİN
17:37 14.09.2015
1711
Prodüser Tolik deputata olmaq istəyən sənət adamlarına mesaj göndərib.
 “Qafqazinfo”nun məlumatına görə, prodüser fikirlərini sosial şəbəkədə yazıb:
“Son zamanlar şou-biznes nümayəndələri arasına deputat olmaq istəyənlərin sayı gülməli şəkildə artıb. Maraqlıdır, bəs mən deputatlığa namizədliyimi irəli sürsəm, nə baş verər sizcə? Sinəsinə döyən bəzi müğənnilərdən daha çoxdur izləyicilərim. Əgər onlar qapı-qapı düşüb, 5 000 səs toplamağı düşünürlərsə, mənim görüşümə belə 10 000 adam gələr. Çünki mən bir çoxları kimi yaltaq deyiləm, səmimi qəlblə sevirəm xalqımı! Bir də mənə çox maraqlıdır, bu müğənnilər deputat olub, daha da bahalı maşınlarda gəzib özərini göstərmək istəyir, yoxsa millətin dərdinə şərik olub, kömək etmək niyyətindədir? Həyatda çox şeyə əmin olmasam da, ürəyimdəki vətən sevgisinə dəqiq inanıram. Hansı müğənni heç olmasa bir dəfə olsun metro və ya ümumi nəqliyyat vasitəsindən istifadə edib, xalqın arasınsa olub?! Onlar yalnız cangüdənlərlə özlərini göstəriblər. Özünü vətəndaşlardan qoruyan və üstün tutanlar kimə lazımdır ?”
OXŞAR XƏBƏRLƏR