Dərbənd küçələrində kişilərin hərbi komissarlıqlara getmələrinə çağırış edilir

Dərbənd küçələrində kişilərin hərbi komissarlıqlara getmələrinə çağırış edilir
DÜNYA
20:54 29.09.2022
369
Rusiyanın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində bütün kişilərin hərbi komissarlıqlara getməsinə çağırış edilir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, məlumatı "Mash” yayıb.

Bir qrup adam avtomobillə Dərbənd küçələrində hərəkət edərək kişiləri hərbi komissarlıqlara yollanmağa səsləyirlər.

Şəhər administrasiyasından bildirilib ki, hərbi komissarlığın öz işini pis təşkil etməsi səbəbindən bu addımı atmağa məcbur olublar.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib. Rusiyanın bir sıra şəhər və bölgələrində, o cümlədən Dağıstanda buna qarşı etiraz aksiyaları keçirilib.
OXŞAR XƏBƏRLƏR