Dünya miqyasında bir gün ərzində ən çox ziyarət edilən sosial şəbəkə olan Facebook-da təhlükəsizlik problemi olduğu müəyyən edilib.
Facebook hər zaman hakerlərlə problem yaşayır. Təhlükəsizlik araşdırmaçıları sosial şəbəkə nəhəngi Facebook-da ciddi bir problem aşkar edib.
İddiaya görə, məhşur haker birliyi "Devcore"dən "Orange Tsai" ləqəbli xaker şəbəkəyə aid serverlərə bir arxa qapı yerləşdirib. Bu "qapı"nın tamamilə müvəffəqiyyəli olub-olmadığı məlum olmasa da, Facebook serverlərində çox əhəmiyyətli təhlükəsizlik probleminin olduğu ifadə edilib.
Əgər hücum uğurlu olubsa, Ornage Tsai sosial şəbəkə işçilərinin elektron poçtlarını, şəxsi məlumatlarını asanlıqla ələ keçirib, Facebook-un virtual iclaslarına qatılıb, məlumat əldə edib, hətta şərh yazmış da ola bilər.
Hakerlərin istifadəçilərin məlumatlarını əldə edib-etmədiyi hələ məlum deyil. "NTV"nin məlumatına görə, kibertəhlükəszilik mütəxəssisləri Facebook istifadəçilərinə şifrələrini dəyişdirməklə bağlı çağırış edib.
///interaz