"Dərin komadadır" - Şahinin həkimi

"Dərin komadadır" - Şahinin həkimi
MAQAZİN
13:59 15.02.2017
6868

 

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin müalicəsi davam edir. 

 

6 aydır xəstəliklə müabrizə aparan və bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilən rejissorun vəziyyəti sabit ağır olaraq qalır.

Reanimotoloq Emil Qasımov Ş.Zəkizadənin səhhətindən danışaraq, onun ayağa qalxması üçün əllərindən gələni etdiklərini söyləyib:

"Vəziyyəti ağırdır, dərin komadadır. Dünyada müasir tibbin bu xəstələr üçün uyğuladığı bütün müalicəni Şahin üçüm edirik. Ümidimiz var, bunu da davam etdirirk”.

Tədris Terapevtik Klinikasının hematoloqu Şəhla Şabanova rejissorda beyin tutumunun müşahitə edildiyini bildirib:

"İki kurs müalicə almışdı. Ancaq xəstəliyini geri qayıtdığının şahidi olduq. Buna görə də kimya terapiyanı davam etdirməli idik, üçüncü kurs müalicə başlanıldı. Xəstəyə daha aqressiv yanaşmaq və sümük iliyi köçürmək məsləhətli idi. Üçüncü kursda beyin tutumu müşahidə edildi, xəstəlik aqresivləşdi. Xəstəlik daha da ağırlaşıb”.

Rejissorun xanımı Səbinə Zəkizadə isə "Ötən həftə halı lap pisləşdi. Hazırda reanimasiyadadır. Yaxşı xəbərini gözləyirik” deyib.

//
Axşam.az
OXŞAR XƏBƏRLƏR