"Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”

"Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”
SOSİAL
11:44 07.03.2023
115
"Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”.

Bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir: "Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”.
OXŞAR XƏBƏRLƏR