"Dərnəgül" stansiyası yaxınlığında yanğın başladı

"Dərnəgül" stansiyası yaxınlığında yanğın başladı
SOSİAL
15:18 17.07.2022
220
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təkər tullantıları yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR