Müəllimin gözü qarşısında şagirdlər əlbəyaxa davaya çıxdı
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki,hadisə Braziliyada orta məktəblərin birində baş verib. Dərs vaxtı müəllimin gözü qarşısında iki azyaşlı şagird əlbəyaxa davaya çıxıblar.
Maraqlıdır ki, pedaqoq dərs izah etdiyi vaxt qeydə alınan hadisəyə müəllim heç bir müdaxilə etməyib. Şagirdlərdən birinin mobil telefonla çəkdiyi görüntülərin yayılması ölkədə təhsil ocaqlarındakı acınacaqlı durumu ortaya qoyub.