Dərslər başlayanda metroda sıxlıq yaranmaması üçün hansı tədbirlər görüləcək? – RƏSMİ

Dərslər başlayanda metroda sıxlıq yaranmaması üçün hansı tədbirlər görüləcək? – RƏSMİ
SOSİAL
23:22 06.09.2021
520
Sentyabrın 15-dən etibarən Bakıda metro stansiyalarında sərnişin sayının artacağı təqdirdə qatarlar arasındakı interval pandemiya qaydalarına uyğun tənzimlənə bilər.

AZXEBER.COM "Trend"ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hazırda metropolitendə sıxlıq müşahidə olunmur. Bu həm pandemiya dövründə sərnişin sayında azalma ilə əlaqədardır, həm də mövsümi xarakterlidir.

Pandemiyadan əvvəl sentyabr ayında yeni tədris mövsümünün başlanması ilə əlaqədar metropoliten ənənə üzrə ayın ortalarında qış qrafikinin tətbiqinə keçirdi. Metropolitenin texniki imkanlarına görə pik saatlarda "Həzi Aslanov-28 May” istiqamətində qatarlararası interval 2 dəqiqə təşkil edib. Məlumdur ki, iki xətt bu stansiyada nəinki kəsişir, hətta birləşir. Deməli, avtomatik olaraq, bu stansiyadan başlayaraq, xətlər ayrıldığından sonrakı iki istiqamət üzrə - "Dərnəgül” və "İçərişəhər" istiqamətində qatarlar iki dəfə çox, 4 dəqiqəlik intervalla hərəkət edir.
Bunları nəzərə alaraq, Bakı metropoliteninin texniki cəhətdən daha az interval prinsiplərini tətbiq etməsi mümkün olmur. Bunun üçün xətlər mütləq ayrılmalıdır və bu da, bildiyiniz kimi, hazırda Bakı metropoliteni üçün prioritet vəzifələrdən biri kimi diqqətdə saxlanılır.

Lakin digər məsələlərlə əlaqədar metropoliten fəaliyyətini mütləq şəkildə Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar, metodiki tövsiyələrə əsasən qurur, müvafiq müzakirələr apararaq fəaliyyətini tənzimləyir. İstənilən halda gücləndirilmiş iş rejimi şəraiti davam etdiriləcək”.

Qurum rəsmisi bildirib ki, sentyabrın ilk ongünlüyündən sərnişin sayında qismən artım gözlənilir: "Metropoliten hazırda bu vəziyyəti diqqət mərkəzində saxlayarır, günlər deyil, hətta günün müxtəlif saatlarında sərnişin sıxlığı və axın istiqmətlərinə xüsusi diqqət yetirir və vəziyyəti təhlil edir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”