"Heç bir müğənninin mahnısı son zamanlarda mənim mahnım kimi partlayış etməyib".
AZXEBER.COM xəbər verir ki, bu iddialı sözlər ilə müğənni Aysun İsmayılova çıxış edib.
Aysun bəzi televiziya verilişlərindən incidiyini də bildirib:
"Nə olar ki, haqqımıza girməsəniz, əməyimizi qiymətləndirsəniz? Ülvi ilə olan duetimiz yayın hiti olub və son zamanlarda heç bir müğənninin mahnısı bizim mahnımız qədər partlayış etməyib. "TikTok"da isə ümumiyyətlə bizi heç kəs qabaqlaya bilməyib. Hansı müğənni var ki, mahnısı bizim duet ifamızdan üstün olub? Bir günə baxış sayımız 150 mini keçmişdi.
Bəzilərinizdən inciməkdə səbəbim odur ki, bir dəfə heç olmasa hər zənginizdə yanınızda olan insanlara da dəstək olun. Bəzi aparıcıları indi yığıb desəm ki, efirə gəlmək istəyirəm, hamısı bir-biri ilə yarışacaq. Niyə? Çünki Aysun reytinq verir, danışılır, maraqlıdır. O biri müğənniləri tərifləyəndə heç olmasa onların yanına məni də qatın, deyin ki, Aysunun da layihəsi partlayış edib. Sonra da deyirsiz ki, niyə efirə çıxmırsan? Buna görə də sizdən küsürəm. Halbuki, bir zənginizdə həmişə yanınızda olan mən olmuşam!"
Aysel