Türkiyədə evdə dəstəmaz alarkən yıxılan qadın aparıldığı xəstəxanada həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Samsun şəhərində baş verib.
69 yaşlı Şahsene Çaylayık adlı qadın yaşadıqları evin hamamında dəstəmaz almaq istəyərkən ayağı sürüşməsi nəticəsində yerə yıxılıb, nəticədə başından xəsarət alıb.
Yaxınları tərəfindən yaralı halda tapılan Çaylayık təcili yardımla aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Aydın