Devlet Bahçelidən Merih Demirala dəstək gəldi, UEFA-nı qınadı

İDMAN
15:30 03.07.2024
190
UEFA-nın Merih Demiralla bağlı araşdırmalara başlaması siyasi məcrada da reaksiyalara gətirib çıxarıb. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli UEFA-nın bu addımını təxribat adlandırıb.

"Merihin "bozqurd" işarəsi türk millətinin dünyaya mesajıdır və UEFA-nın bu kontekstdə araşdırmaya başlaması həm məqsədyönlüdür, həm də son günlər təhlükəli zəmin qazanan zəncirvari təxribatların davamıdır. UEFA-nın bu addımını qınamaqla yanaşı millətimizi də soyuqqanlı olmağa və belə təxribatlara uymamağa çağırıram. Hər imkanda önümüzü kəsənlərə, huzur və sülh ortamımızı pozmaq istəyənlərə fürsət verməməliyik" - deyə Bahçeli bildirib.

Qeyd edək ki, Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə Avstriyanı 2:1 hesabı ilə məğlub edib. Həmin oyunda dubl edən Merih Demiral qol sevincini "Bozqurd" işarəsi ilə qeyd edib. Nəticədə, UEFA futbolçuya bu hərəkətinə görə araşdıma başladıb. 
 
Məryəm

OXŞAR XƏBƏRLƏR