Psixoterapevt Dəyanət Rzayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunda ekspertizadan keçirildikdən sonra yuyulmaq üçün məscidə aparılıb.
Ekspertizanın yekun nəticəsi 10 gündən sonra məlum olacaq.
Yaxınlarının dediyinə görə, D.Rzayev həyat yoldaşından rəsmi qaydada ayırılıb. Onların bu nikahdan 2 övladı var.
"O, ikinci dəfə ailə qurmağa hazırlaşırdı" - deyə, yaxınlarından biri bilidirib.
Xatırladaq ki, psixoterapevt Dəyanət Rzayev ötən gecə yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
///"Report"


