Oqtay Əsədovdan Tahir Kərimliyə - “Deyəsən, dərmanın dozası çox yuxarı oldu”

Oqtay Əsədovdan Tahir Kərimliyə - “Deyəsən, dərmanın dozası çox yuxarı oldu”
SOSİAL
14:31 30.11.2018
5334
Deputat Tahir Kərimli "Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsində  sözügedən layihənin müvafiq maddəsində işlədilən "effektiv” sözünün işlədilməsinə etiraz edib. 

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat dilimizin qorunmasının vacibliyinə toxunaraq vurğulayıb ki,  həmin sözü "səmərəli” sözü ilə əvəz etmək lazımdır: "Biz qanunlarımızın dili məsələsinə diqqət etməliyik. Parlament süzgəcdir. Dil babalarımızın əmanətidir. Onu gələcək nəsillərə ötürmək istəyirik. Biz dilimizi hansı günə qoymaq istəyirik? Dilimizi sevsək  başqa millətlər də bizi sevəcək. Biz burada qanun qəbul edirik və hamıya nümunə göstəririk. Dilimiz pozula-pozula gedir”.

Deputat Musa Quliyev isə T. Kərimliyə cavab olaraq ki, sözügedən qanunda işlədilən "effektiv” sözünün tibbi termin olduğunu vurğulayıb: ""Effektiv” sözü dərmanın dozasını müəyyən edir.  Ona görə də "səmərəli” sözü ilə eyni mahiyyəti daşımır. Səmərəli dərman o deməkdir ki, o dərmanın insana xeyri var. Bu dünyada qəbul edilmiş farmokoloji termindir”.

Spiker Oqtay Əsədov sözügedən reaksiyalara bu cür  reaksiya verib: "Deyəsən, dərmanın dozası çox yuxarı oldu. Dərman qalıb, keçmişik başqa mövzulara. Mən də dilimizin qorunmasının tərəfdarıyam. Bu məsələlərlə gələcəkdə də məşğul olmaq lazımdır”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əlavə edib ki,  dərmanlarla bağlı terminləri  hər gün Azərbaycan dilinə tərcümə etməyə çalışsaq bizim işimiz çətin olar: "Ona görə də bizi başa düşmək lazımdır. "Effektiv” sözü dərmanın insan orqanizminə necə təsir etməsinə aiddir”.

Sonda çıxış edən  birinci vitse-spiker Z.Əsgərov isə "effektiv” sözünün dilimizə təhlükə olmadığını vurğulayıb. 

Deputat Tahir Kərimli "Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsində sözügedən layihənin müvafiq maddəsində "effektiv” sözünün işlədilməsinə etiraz edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı