"Deyəsən kimlərinsə bazarına girmişəm, yerini dar eləmişəm" - Elnarə

"Deyəsən kimlərinsə bazarına girmişəm, yerini dar eləmişəm" - Elnarə
MAQAZİN
10:40 15.07.2025
220
Müğənni Elnarə Xəlilova şəxsi "İntagram" hesabını xəbər səhifəsi kimi işlətməsinə aydınlıq gətirib.
 
AZXEBER.COM xəbər verir ki, o bu haqda "Full şou"nun efirində qonaq olarkən söz açıb.
 
Sənətçi bildirib ki, bu yolla tələbələrinin musiqilərini tanıda bilir:
 
"Bu qərarı verməyimə səbəb tələbələrim oldu. Çünki mən onların yaradıcılığını reklam etməli idim. Mənim "El yaradıcılıq mərkəzi"min tələbələrinin mahnıları olur. Onu harada paylaşım? Səhifəm sırf özümə məxsus olanda bunu hərtərəfli edə bilmirdim.Məcburən öz şəsi səhifəmi xəbər formatlı səhifəyə çevirdim. Bu da birmənalı qarşılanmadı. Onları da anlayıram, deyəsən kimlərinsə bazarına girmişəm, yerini dar eləmişəm. Bundan qorxurlar".
 
Aysel
OXŞAR XƏBƏRLƏR